SON XƏBƏRLƏR

Lənkəranda “Azriba” adlanan ərazidə qəzaya uğramış cərrah, yaralının əməliyyatında şəxsən iştirak edib. Bu haqda bu gün, 6 iyun tarixində Cenublu.az Qafqazinfo.az-a istinadən xəbər verir.

Ötən gecə Lənkəranda Sütəmurdov kənd sakini, 1955-ci il təvəllüdlü Mirtahir Babayevin idarə etdiyi “Mercedes”-lə Liman şəhər sakini, 1981-ci il təvəllüdlü Cavad Ələkbərovun sükan arxasında “KİA” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində C.Ələkbərov Lənkəran MRX-yə yerləşdirilib. “Mercedes”-in sürücüsü Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında cərrah işləyən Mirtahir Babayev də xəstəxanaya gəlib. O, cərrah kimi C.Ələkbərovun əməliyyatına şəxsən müdaxilə edib. Onun göstərdiyi cəhdlərə baxmayaraq C.Ələkbərovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.