SON XƏBƏRLƏR

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Züngüləş kəndində səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 may tarixində verir.

Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər. İcra başçısı əvvəl keçirilən səyyar qəbulda qaldırılan məsələlərə toxunaraq bir qisminin həll edildiyini, digərlərinin həlli ilə əlaqədar tədbirlər görüldüyünü bildirib. Son illər nümayəndəliyin ərazisində məktəb binaları, səhiyyə müəssisəsi, uşaq bağçasının tikildiyini, Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun Bəndəsər yaşayış məntəqəsinədək asfaltlaşdırıldığını, əhaliyə təbii qazın verildiyini, elektrik xətt təsərrüfatında və çay üzərindəki körpüdə təmir işlərinin aparıldığını bildirib, dağlıq ərazidə yerləşən kəndin müəyyən problemlərinin də olduğunu diqqətə çatdırıb.

Kənd sakinləri çıxışlarında Züngüləş kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisinə, kəndə internetin verilməsinə, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, yeni elektrik transformatorunun qoyulmasına, Vətən müharibəsi iştirakçısının evinin təmirinə, Bəndəsərdə yolun sıradan çıxmış hissəsinin bərpasına, Astaraçay üzərində yeni körpünün salınmasına köməklik göstərilməsini xahiş ediblər.

İcra başçısı bəzi məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verib, digərlərinin həlli istiqamətində tədbirlər müəyyən ediləcəyi bildirib.

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.