Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 noyabr tarixində verir.
Qəbul Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Burzubənd kəndində baş tutub. Burada kənddə elektrik xətt təsərrüfatının yenilənməsi və yeni transformatorun qoyulması, qazlaşmamış evlərə qaz xəttinin çəkilməsi, məhəllə yolunun asfaltlanması, körpünün təmiri üçün materialın verilməsi, kəndin suvarma suyu ilə təmin edilməsi və internet şəbəkəsinin çəkilməsi barədə müzakirələr aparılıb.
İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirib və həlli barədə aidiyyəti üzrə tapşırıqlar verib.