Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qamışoba kəndində səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 noyabr tarixində verir.
Görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. İcra başçısı görüş zamanı Qamışoba kəndində görülən işlər haqda danışıb.
Sakinlər isə öz növbələrində kəndin elektrik xətt təsərrüfatının yenidən qurularaq SİP kabelləşdirilməsinə, özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu mal-qaranın verilməsinə köməklik göstərilməsini xahiş ediblər.
İcra başçısı səmimi görüşə görə minnətdarlıq bildirib, səslənən təkliflərə münasibət bildirərək icrası ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verib.