SON XƏBƏRLƏR

Astara Rayon İcra Hakimiyyətinin başçısı növbəti görüşünü Pensər kəndində keçirib. Bu haqda bu gün, 26 aprel tarixində Cenublu.az Astara RİH-yə istinadən xəbər verir.

İcra başçısı Qəzənfər Ağayev vaxtaşırı olaraq keçirilən görüşlərin səmərəli olduğunu, qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görüldüyünü qeyd edib. O, son illər kənddə xeyli abadlıq işlərinin aparıldığını bildirərək Pensər kənd 2 saylı tam orta məktəbin əsaslı təmirini, Pensər çayında sahilbərkitmə işlərinin, kənddə SİP kabelləşmənin aparılmasını, kənd ara yollarının təmirini misal göstərib.

Vətəndaşların arzu və təklifləri dinlənilib, irəli sürdükləri məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilib.

İcra başçısı Pensər kəndində əkinə yararlı torpaqlardan tam istifadə edilməməsinin narahatlıq doğurduğunu, əkin aparmağın vacibliyini qeyd edib. “Torpaqlardan istifadə edilməyincə onları kol-kos basır, yararsızlaşır. Torpaqların əkilməsi üçün dövlət hər cür şərait yaradıb. Subsidiyalar və digər güzəştlər var. Torpaqlardan səmərəli istifadə etməklə həm məşğulluğunuz təmin olunacaq, həm də ailə büdcəniz formalaşacaq. İnanıram ki, bütün işlərdə yüksək səviyyədə qabaqcıllıq göstərən Pensər kənd sakinləri bu işdə də bacarıqlarını nümayiş etdirəcəklər”, – deyə Qəzənfər Ağayev əlavə edib.

 

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman