Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Lomin kəndində əhali ilə səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 aprel tarixində verir.
Görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. İlk növbədə icra başçısı bildirib ki, kəndin nə qədər ucqar olmasına baxmayaraq, çəkilən asfalt əhalinin gediş-gəlişini rahatlayıb. Yolboyu yeni evlər tikilib, iaşə obyektləri, istirahət yerləri açılıb.
Kənd sakinləri minnətdarlıqlarını bildirərək qeyd ediblər ki, kənddə olan elektrik dirək və naqillərinin yenilənməsi, internetin verilməsi, Deqadi-Pəlikəş avtomobil yolu və kənd ara yolunun təmirinə ehtiyac var.
İcra başçısı qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verib, bəzilərinin həlli istiqamətində tədbirlər müəyyənləşdiriləcəyini diqqətə çatdırıb.