SON XƏBƏRLƏR

Astara Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kəndində vətəndaşlarla səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 mart tarixində verir.

Görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

İcra başçısı kənd sakinlərini salamlayaraq qeyd edib ki, bir il əvvəl keçirdiyi görüşdə qaldırılan məsələlərin böyük əksəriyyəti həllini tapıb. Kakalos-Kolatan yolu, məktəbə gedən yol asfaltlaşdırılıb, qazlaşma aparılıb. Hazırda nümayəndəliyin Qamışoba kəndində müasir turizm obyektləri inşa edilməklə böyük layihə icra olunur. Burada nəzərdə tutulan layihə üzrə müəyyən işlər görülüb başa çatdırılıb, yeni iş yerləri açılıb.

Çıxış edən sakinlər elektrik xətlərinin SİP kabelləşdirilməsinə, Kakalos kənd mədəniyyət evinə gedən asfalt yolun təmir edilməsinə, kəndə içməli su xəttinin çəkilməsinə, əkin sahəsinə gedən yolun təmir edilməsinə, kəndin mərkəzində bankomatın quraşdırılmasına, uşaq bağçasının təmir edilməsinə, Vətən müharibəsi iştirakçısının işlə təmin olunmasına, çəltik sahəsinə suyun verilməsinə köməklik göstərilməsini xahiş ediblər.