SON XƏBƏRLƏR

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Çayoba kəndində sakinlərlə görüşüb. Bu haqda bu gün, 8 dekabr tarixində Cenublu.az Astara RİH-yə istinadən xəbər verir.

Görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.Sakinlər görülən işlərlə yanaşı, Çayoba kəndindən Astara şəhərinə qədər olan avtomobil yolunun əsaslı təmir edilməsinə, kənd ara yollarının təmirinə, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə və naqillərin SİP kabellə əvəz edilməsinə köməklik göstərilməsini xahiş ediblər.

İcra başçısı vətəndaşlar tərəfindən səsləndirilən məsələlərə münasibət bildirib, həlli barədə aidiyyəti üzrə tapşırıqlar verib.