Cəlilabadda qəzaya uğrayaraq xəsarətlar alan Masallı sakini əməliyyat olunub. Bu haqda bu gün, 16 sentyabr tarixində Cenublu.az Masallı Rayon Mərkəzi Xəstəxanasına istinadən xəbər verir.
9 sentyabr tarixində avtomobil qəzasında bir ailənin 5 üzvü ağır xəsarət alıb. Onlardan Talıbov Məcid Abbasqulu oğlu, Talıbova Zümrüd Heydər qızı hadisədən bir neçə gün sonra vəfat ediblər.
Qəzadan sonra xəstəxanaya Talıbov Yusif Zamiq oğlu baldır sümüklərinin çoxsaylı yerdəyişən sınığı diaqnozu ilə, Talıbov Məcid Zamiq oğlu yumşaq toxumaların əziyi və əlin kəsiyi diaqnozu ilə, Talıbova Vüsalə Baba qızı 8-ci qabırğa sınığı və bədənin müxtəlif yerlərində yumşaq toxumaların əziyi diaqnozu ilə gətiriliblər.
Ailənin maddi vəziyyəti ilə bağlı Talıbov Yusifin əməliyyatı üçün xüsusi plastinka Masallı RMX-nin əməkdaşları tərəfindən təmin olunub.