SON XƏBƏRLƏR

Qars Qafqaz Universitetinin Baytarlıq fakültəsinin professoru Dr. Cihan Kaçarın başçılıq etdiyi nümayəndə heyəti LDU-in qonağı olub. Bu haqda məlumatı universitetin rəsmi Facebook səhifəsi bugün, 24 noyabr tarixində verib.

Qarşılıqlı disskussiya şəraitində keçən görüşdə LDU-də “Baytarlıq” ixtisasının daha da genişləndirilməsi, modern inkişafı məsələləri, Qars Qafqaz Universitetindən Lənkəran Dövlət Universitetinə əlavə kadrların gətirilməsi, gələcəkdə universitetin nəzdində “Baytarlıq klinikası”nın  yaradılması və s. məsələlər müzakirə edilib.

Görüşdən sonra “Baytarlıq” və “Baytarlıq təbabəti” ixtisaslarının tələbələrinə “İnəklərdə ultrasəslə reproduktivliyin təyini” mövzusunda təlim keçirilib və iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda LDU-da  baytarlıq ixtisasını tədris edən müəllimlərə tövsiyələr verilib, Qars Qafqaz Universitetinin bu sahədəki təcrübəsindən ətraflı danışılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Təlim zamanı tələbələr Professor Cihan Kaçarın iştirakı ilə təcrübi olaraq   inək üzərində ultrasəs müayinəsi aparıblar.

Sonda təlimdə iştirak edən tələbələrə sertifikatlar təqdim edilib.