SON XƏBƏRLƏR

“Qardaş köməyi” layihəsi çərçivəsində 15-20 may tarixlərində ölkəmizdən 20 gənc Türkiyəyə səfər edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 may tarixində verir.

Azərbaycan və Türkiyə Respublikası tərəfindən qəbul olunmuş fəaliyyət planına əsasən reallaşan layihənin məqsədi gənclərə iki ölkənin mədəni və tarixi dəyərlərini tanıtdırmaq və hər iki ölkə gəncləri arasında əlaqələri möhkəmləndirməkdir.

Nümayəndə heyəti Ayasofya Böyük Məscidi, Sultan Əhməd Məscidi, Topqapı Sarayı və digər tarixi məkanları ziyarət edib, İstanbul Ataköy Beynəlxalq Gənclər Mərkəzi, Ankara Cebeci Qızlar Yataqxanası, Türkiyə Respublikası Gənclər və İdman Nazirliyində olub və 19 May – Atatürkü Anma, Gənclər və İdman Bayramında iştirak ediblər.

Qeyd edək ki, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov da nümayəndə heyətinin tərkibində səfərdə iştirak edib.