SON XƏBƏRLƏR

Paytaxtın Qaradağ rayonunda baş verən qəzanın iştirakçılarının kimliyi müəyyənləşib. Bu haqda məlumatı Cenublu.az Milli.az-a istinadən bu gün, 4 yanvar tarixində verir.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən açıqlamaya görə, Şərur rayon sakini 39 yaşlı Nizami Heydərovun sükan arxasında olduğu “Mercedes” markalı yük maşını ilə Lənkəran rayon sakini 43 yaşlı Ceyhun Fərzullayevin idarə etdiyi “KamAZ” markalı yük avtomobili toqquşub.

Bundan sonra “Mercedes” markalı yük avtomobili yolundak dəmir çəpərə çarpılıb və güclü partlayış nəticəsində alışıb.

Bu zaman Füzuli şəhər sakini 59 yaşlı Əvsələtdin Əliyevin idarə etdiyi “Opel” markalı avtomobil “Mercedes” markalı yük maşınına çarpılıb. Nəticədə Nizami Heydərov hadisə yerində ölüb, Əvsələtdin Əliyev isə xəsarət alıb.

Qeyd edək ki, hadisə dünən saat 08:20 radələrində qeydə alınıb.