“Qarabağ-2” FK-nın futbolçusunun dəfnetmə mərasimi baş tutub. Bu haqda bu gün, 9 may tarixində Cenublu.az Qafqazinfo.az-a istinadən xəbər verir.
Şirxan Həsənzadənin dəfn mərasimi Astara rayonunun Şahağac kəndində olub. Mərasimdə futbolçunun komanda yoldaşları iştirak ediblər.
Qeyd edək ki, ötən ay məşq zamanı isinmə hərəkətləri edən zaman huşunu itirən Ağdam təmsilçisinin futbolçusu Şirxan Həsənzadə dünən dünyasını dəyişib.