Qarabağ Qaziləri Birliyi Cəlilabad filialının nümayəndələri təltif olunublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 aprel tarixində verir.
Belə ki, birliyin sədri Maşalla Əliyev tərəfindən “Rayonun ictimai həyatında fəallığına və dövlətçiliyimizə layiqli xidmətinə görə” Mirsüleyman Eynullayev, Muxtar Məmmədov və İbrahim Soltanov Fəxri Fərmanla təltif ediliblər.