SON XƏBƏRLƏR

 

“Qarabağ ilmələrdə” layihəsi çərçivəsində “Qarabağ xalçası”nı daşıyan səyyar maşın Lənkəran rayonuna səfər edib. Bu haqda məlumatı Lənkəran şəhər Veteranlar klununun rəsmi Facebook səhifəsi paylaşıb.

Vətən müharibəsindəki Zəfərimizin ildönümünə həsr edilən, birliyimizi və bərabərliyimizi simvolizə edən “Çələbi” xalçasına ilmə vurmaq istəyənlər xalçanı daşıyan səyyar maşına yaxınlaşaraq ilmə vurublar.

“Çələbi” xalçasına Lənkəranlı qazilər və şəhid ailələrinin nümayəndələri, Veteranlar klubunun üzvləri, kitabxana əməkdaşları və digərləri ilmə vurublar.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin “Qarabağ ilmələrdə” layihəsi çərçivəsində hazırlanan məhşur “Çələbi” xalçası Qarabağ muzeyinə qoyulacaq.