SON XƏBƏRLƏR

Lənkəran rayonunda koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə nəzarət-profilaktiki tədbirləri keçirilib.

Nəzarət tədbirləri zamanı virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə karantin rejiminin tələblərinə laqeyid yanaşanlar müşahidə edilib.

Polis əməkdaşları tərəfindən tibbi masklardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyyələr verilib.

Qanuna riayət etməyən şəxslərlə bağlı qanuna müvafiq tədbirlər görülüb.

Bu cür tədbirlərin görülməsində əsas məqsəd virusun yayılmasının qarşısını almaqdır.

Həmçinin ictimai nəqliyyatda da tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsi ilə bağlı nəzarət-profilaktiki tədbirləri keçirilib.