SON XƏBƏRLƏR

Masallının təhsil ocağında baş vermiş qanunsuzluqla bağlı olan iş məhkəməyə göndərilib. Bu haqda bu gün, 22 fevral tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Söhbət rayonun F.Xancanov adına Musaküçə tam orta məktəbində baş vermiş qanunsuzluqdan gedir. İşlə bağlı ibtidai istintaq yekunlaşıb.

İstintaq zamanı məktəbin direktoru İlqar Cahangirovun 20.218 manat məbləğində dövlət vəsaitini mənimsəməsi və 11.500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İlqar Cahangirova Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Astara idman
Sport

Astaralı güləşçilər Azərbaycan çempionu olublar

Astaralı idmançılar ölkə çempionatında qızıl medallar qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 mart tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir. Belə ki, Bakı şəhərində sərbəst güləş