SON XƏBƏRLƏR

Qanunsuz saxlanılan ov tüfəngi Astara sakinindən götürülüb. Bu haqda məlumat bu gün, 16 oktyabr tarixində Azərtac-da paylaşılıb.

Astara Rayon Polis şöbəsinə daxil olan məlumat əsasında, polis əməkdaşları əməliyyat-axtarış tədbiri keçirib. Şəhər sakini N.Əliyevdən “TOZ” markalı ov tüfəngi və 4 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar hadisə, 14 oktyabr Şiyəkəran kəndində qeydə alınmışdır.