SON XƏBƏRLƏR

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verir.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Lənkəran rayon sakinləri Babək Xəlilov, Mehman İbayev, Şahan Rzayev və Astara şəhər sakini Zakir İsayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və sintetik tor götürülüb.
“Eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Cəlilabad rayon sakinləri Bəhruz Nuruşlu, Elçin Qurbanov saxlanılıb”.
B.Məhəmmədovun sözlərinə görə, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon