Masallı rayon sakini qanunsuz ov edərkən saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində verir.
Masallı rayonu ərazisində yerləşən “Qızılağac” milli parkında rayon sakini F.Nəsrullayev qanunsuz ov edərkən NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ondan qanunsuz saxladığı ov tüfəngi və 2 ədəd ovlanmış çöl qabanı götürülüb.
Faktla bağlı araşdırma aparılır.