SON XƏBƏRLƏR

Astara və Masallı sakinləri qanunsuz ov etdikləri üçün saxlanılıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 oktyabr tarixində Report.az-a istinadən verir.

Belə ki, Astara rayon sakini Elnur Məhərrəmov Xəzər dənizinin Astara akvatoriyasında qanunsuz balıq ovladığı üçün saxlanılıb. Ondan istifadəsi qadağan olunmuş ov aləti götürülüb.

Həmçinin Masallı rayon sakini Əliağa Ağayev Salyan rayonu Yenikənd kəndinin inzibati ərazisində ov qaydalarını pozduğuna görə saxlanılıb.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda