SON XƏBƏRLƏR

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi Şəhnin Novruzovun anası İlahə Novruzova ilə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 dekabr tarixində verir.

Şəhid anaları ilə ətraflı söhbət edən Qənirə Paşayeva, onların ürək sözlərini dinləyib, cəsur Vətən oğullarının həyat və döyüş yolu ilə, ailələrinin qayğıları ilə yaxından maraqlanıb.

Qeyd edək ki, Novruzov Şəhnin Şahlar oğlu 3 fevral 1998-ci ildə Astaranın Səncərədi kəndində anadan olub. 2004-cü ildə E.Ağayev adına məktəbdə təhsil almağa başlayıb. 2007-ci ildə təhsilini yarımçıq qoyaraq ailəsi ilə birgə Bakının Zirə qəsəbəsinə köçüb. 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Şəhnin Novruzov Vətən müharibəsi zamanı cəbhənin müxtəlif istiqamətlərində savaşıb. 20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.