SON XƏBƏRLƏR

Lənkərandan olan şəhid Romir Əliyevin anası və bacısı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə görüşüblər. Bu haqda bu gün, 9 iyul tarixində Cenublu.az millət vəkilinin İnstagram hesabına istinadən xəbər verir.

Miroslava Əliyeva və şəhidin bacısını dinləyən Qənirə Paşayeva onlarla ürək sözlərini bölüşüb. Milli Məclisdə baş tutan görüşdə millət vəkili şəhid ailəsinə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Qeyd edək ki, fəxrimiz Romir Əliyev “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.