SON XƏBƏRLƏR

Masallıda “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində qazi Ülvi Kərimov ziyarət edilib. Bu haqda bu gün, 26 noyabr tarixində Cenublu.az Masallı Gənclər Evinə istinadən xəbər verir.

Sosial xidmət evinin əməkdaşları Il Qarabağ müharibəsi qazisi Kərimov Ülvi Əlikram oğlunu ziyarət ediblər. Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağımızın sevincini, döyüş xatirələrini bizimlə bölüşüb.

Kərimov Ülvi Əlikram oğlu 1 mart 2002-ci il tarixində Masallı rayonunun Şərəfə kəndində anadan olmuş, 2008-2019-ci illərdə Masallı rayon Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbində təhsil almış, 2020-2021-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanmış, həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirmişdir. Qəhrəmanımız 3-cü qrup əlildir.

Kərimov Ülvi Əlikram oğlu 20 sentyabr 2020-ci il tarixində ll Qarabağ müharibəsində Talış kəndi, Suqovuşan qəsəbəsi və Ağdərə rayonunun azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib, Ağdərə rayonunun azadlığı uğrunda gedən döyüşdə ayağından ağır yaralanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, Kərimov Ülvi Əlikram oğlu “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü