SON XƏBƏRLƏR

Masallıda həyat yoldaşının evə tez gəlməsini istəyən qadın ona zəng edərək yalandan evə naməlum şəxslərin girdiyini deyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 dekabr tarixində Qafqazinfo-ya istinadən verir.

Qadının əri, Masallı rayon sakini E.Ələsgərov evindən 1100 manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib. Masallı RPŞ-nin əməkdaşları tərəfindən isə həmin şəxsin polisə bilərəkdən yalan məlumat verdiyi və heç bir oğurluq hadisəsinin baş vermədiyi müəyyən edilib.

Məlum olub ki, E.Ələsgərovun həyat yoldaşı ərinin evə gec saatlarda gəldiyini görərək ona zəng edib və evə naməlum şəxslərin daxil olduğunu, lakin heç bir şeyin oğurlanmadığını bildirib. Həyat yoldaşı isə evindən pul və qızıl-zinət əşyalarının oğurlandığı barədə polisə yalan məlumat verib.

Faktla bağlı araşdırma aparılır.