SON XƏBƏRLƏR

Lənkəranın Balıqçılar qəsəbəsində başlayan yanğın söndürülüb. Bu haqda Cenublu.az-a bu gün, 28 avqust tarixində məlumat daxil olub.

Qızılağac Dövlət Təbiət Qoruğunda baş verən yanğında təxminən 30 hektara yaxın sahədə quru ot və kol-kos yanıb.

Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın 27 avqust saat 16:00 radələrində başlamışdı.