Qızılağac Milli Parkının Böyük Körfəz su sahəsində qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıblar. Bu haqda bu gün, 17 sentyabr tarixində Report.az-da paylaşım edilib.
Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran (NPİ) Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Masallı rayon sakinləri İlkin Qurbanov və Alim Həsənov saxlanılıblar.
Balıq ovlayan şəxslərdən ov zamanı istifadə etdikləri 2 ədəd mühərrikli qayıq, 2 ədəd tor və tutduqları balıqlar aşkarlanaraq götürülüb. İ.Qurbanov və A.Həsənov ümumilikdə təbiətə 2211 manat dəyərində ziyan vurublar.