SON XƏBƏRLƏR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdindəki Qızılağac Milli Parkının direktoru tutduğu vəzifədən azad edilib. Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, 2 direktor son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib: “Hazırda iki milli parkda və iki dövlət qoruğunda direktor vəzifəsi boşdur” – deyə o qeyd edib.

“Qızılağac Milli Parkının direktoru öz ərizəsi ilə işdən ayrılıb. Onun vəzifəsini ya müavini, ya da müvəqqəti təyin olunan şəxs icra edəcək”.

Foto açıq mənbələr
Aktual

Tarix yazan müəllimlərimizi tanıyaq

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Cenublu.az Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman müəllimlər haqda məlumat verir.