SON XƏBƏRLƏR

Lənkəran şəhəri “Ləvəngi” dairəsində avtomobili yandıran şəxs saxlanılıb. Bu haqda məlumatı bu gün, 9 dekabr tarixində Apa verib.

Belə ki, “Azərişıq” ASC-in əməkdaşı Rauf Kərimovun avtomobilini yandıran Sabir Əliyevə Cinayət məcəlləsinin 221.1-ci və 186.2.2-ci maddələrinə əsasən cinayət işi açılıb.

Sabir Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, Sabir Əliyev qanunsuz elektrik xətti çəkdiyinə görə “Azərişıq” ASC-in əməkdaşı Rauf Kərimov ona akt tərtib edib. Buna qəzəblənən S. Əliyev idarənin önündə onun “VAZ” markalı avtomobilinə benzin tökərək yandırıb. Yanğın zamanı avtomobilindən sənədlərini, pul və əşyalarını çıxarmaq istəyən Rauf Kərimov müəyyən dərəcədə yanıq xəsarətləri alıb.