SON XƏBƏRLƏR

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Lənkəran rayon Ürgə kəndindən olan şəhid polkovnik-leytenant Mehman Şirvanovun həyat yoldaşı Arzu xanım ilə görüşüb. Bu haqda məlumatı Qənirə Paşayeva öz rəsmi İnstagram səhifəsində verib.

Görüş zamanı komitə sədri şəhidin xanımını dinləyib, öz ürək sözləri ilə bölüşüb. Həyat yoldaşı Arzu xanım şəhidin xatirələrindən danışıb.

Komitə sədri şəhid zabitin xanımına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib. Görüşdə “NƏFƏS” İB-nin sədri Firəngiz Balakişiyeva və RHİM İB-nin sədri Arzu Bağırova iştirak edib.

Qeyd edək ki, şəhid Mehman Şirvanov Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif edilib.