Lənkəran şəhərinin küçələrində işıq naqilləri salınır. Bu haqda bu gün, 27 avqust tarixində Cenublu.az-a məlumat daxil olub.
Şəhərin Mehdi Hüseynzadə və Həzi Aslanov parkının ətrafında elektrik dirəklərinə naqilin ötürülməsi işləri davam etdirilir. Hal-hazırda naqillərin salınması üçün qazıntı işləri İcra Hakimiyyətinin əməkdaşları tərəfindən görülür.
27 avqust tarixindən başlanılan işlər təxminən 1 həftədən çox davam edəcək.