Azərbaycan Respublikasının Əməkdar aqrоnоmu, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru Fərman Quliyev Lənkəran rayonunun Sütəmurdov kənd qəbiristanlığında dəfn edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində verir.
Dəfn mərasimində AMEA Rəyasət Heyətinin üzvləri – akademik Arif Həşimov, akademik İradə Hüseynova, Lənkəran Regional Elmi Mərkəzinin kollektivi, şəhər elmi ictimaiyyətinin nümayəndələri, eləcə də alimin ailə üzvləri iştirak ediblər.
Burada AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək professor Fərman Quliyevin həyatından və elmi-təşkilati fəaliyyətindən danışıb. O, alimin kənd təsərrüfatı elmlərinin məhsuldar və yorulmaz tədqiqatçısı olduğunu qeyd edib.