SON XƏBƏRLƏR

Azərbaycan Tibb Universitetinin professoru Abdulla Zikrullah oğlu Fərəməzov vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 may tarixində verir.

Astara rayonu Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbinin məzunu olan Abdulla Fərəməzov 15 may tarixində haqqın dərgahına qovuşub.

Qeyd edək ki, o, 1969-1975-ci illərdə ATU-da təhsil alıb. Azərbaycan İmmunoloqlar və Allerqoloqlar Cəmiyyətinin üzvü olub. Professor Allerqologiya və immunologiya kafedrasının müəllimi olaraq çalışıb.