SON XƏBƏRLƏR

Masallı rayonundan olan gənc intihar edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 oktyabr tarixində Qafqazinfo-ya istinadən verir.

Şəhriyar Səmədov ötən gün Bakının Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb.

19 yaşlı gənc 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 684,8 balla daxil olmuşdur. Şəhriyar Səmədov Prezident təqaüdçüsü idi.

Qeyd edək ki, Şəhriyar Səmədov 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olub.