Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Babalının doğum günüdür. Bu haqda bu gün, 14 dekabr tarixində Cenublu.az xəbər verir.
Prezident mükafatçısı Sadıqov Anar Babalı oğlu 1986-cı il 14 dekabr tarixində Bakı şəhərində anadan olub. 1993–2004-cü illərdə Sabunçu rayon Zabrat qəsəbəsində yerləşən 192 saylı orta məktəbdə oxuyub. 1995–2000-ci illərdə Zabrat qəsəbəsində yerləşən 32 saylı Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirən Anar Sadıqov bir çox layihələrin üzərində çalışıb.
Onun hazırladığı “İuda” və “Manqurt” tamaşaları Bolqarıstan, Qırğızıstan, Qazaxıstan və Gürcüstanda keçirilən beynəlxalq teatr festivallarında mükafata layiq görülüb.
2019–2021-ci illərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb.
O, 2022-ci ildə Mədəniyyət naziri Anar Kərimovun Sərəncamı ilə Lənkəran Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunub.