SON XƏBƏRLƏR

Astarada keçirilən əməliyyat zamanı 40 kq-dan çox narkotik aşkar edilib. Bu haqda bu gün, 3 mart tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

Daxili İşlər Nazirliyi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Astara rayonu ərazisində keçirdikləri tədbir zamanı Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

Onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərmiş, xidməti avtomobillərə zərər yetirmişlər.

Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, Tural Musayev isə saxlanılıb.

Hadisə yerindən 1 ədəd avtomat silahı və 40 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin, tiryək və psixotrop maddə götürülüb.