Astarada keçirilmiş əməliyyat nəticəsində silah-sursat və narkotik aşkar edilib. Bu haqda bu gün, 25 aprel tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş S.Rzayev saxlanılıb. Onun evinə keçirilən baxış zamanı oradan 1 ədəd qumbara, 1 ədəd süngü bıçaq və 54 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.