SON XƏBƏRLƏR

Lənkəran şəhəri, Astara və Masallı rayonlarında Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları IX-XI sinif şagirdləri ilə görüş keçiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində verir.

Polis əməkdaşları məktəblilər və onların valideynləri, pedaqoq və ictimaiyyət nümayəndələri ilə görüşüblər.

Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin təhsilə həvəsləndirilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsidir.