Peşə təmayüllü siniflərdə “Peşə ayı” çərçivəsində “Açıq qapı” günü keçirilib. Bu haqda bu gün, 23 dekabr tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Tədbirdə Astara rayonu üzrə təhsil sektorunun, Lənkəran Peşə Liseyinin əməkdaşları, sahibkarlar, dövlət və özəl qurum nümayəndələri, eləcə də rayonun bir sıra ictimai fəalları iştirak ediblər.
İştirakçılar Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin ixtisas üzrə dərslərində iştirak edərək, əl işləri ilə yaxından tanış olublar.