SON XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə pensiya və sosial müavinət alan şəxslər arasında keçirilən II Respublika Şahmat Turnirinin regionlarda seçmə mərhələsi davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 aprel tarixində verir.

Turnirin seçmə mərhələsində 476 iştirakçı yarışıb. 1 saylı Lənkəran-Astara Regional Filialı üzrə İmran Kəlbiyev, 2 saylı Lənkəran-Astara Regional Filialı üzrə Bəkir Şabiyev qalib olub.

Qeyd edək ki, bu mərhələdə uğur qazanan iştirakçılar Bakıda keçiriləcək yarımfinal və finalda iştirak edəcəklər.