SON XƏBƏRLƏR

Lənkəranın 4 məktəbində yeni açılmış peşə təmayüllü siniflər üzrə şagird qəbulu davam edir. Bu haqda bu gün, 23 avqust tarixində Lənkəran Şəhər Təhsil Şöbəsinin rəsmi Facebook səhifəsində paylaşım edilib.

Təhsil Nazirliyinin həyata keçirdiyi layihədə, şəhərin 2 nömrəli, 7 nömrəli, Viravul kənd 2 nömrəli və Haftoni qəsəbə tam orta məktəblərində peşələrin siyahısı:

  • komputer mütəxəssisi (IT);
  • aşpazlıq;
  • aqronomluq;
  • dərzilik;
  • çilingərlik;
  • mebel quraşdırılması.

Şagirdlər müraciət etmək üçün ətraflı məlumatı qeyd olunan linkə daxil olaraq əldə edə bilər.

https://docs.google.com/document/d/1QqXEp35NfTrOjOmz_QPUiKl8OdyLwFj_/edit?fbclid=IwAR1-LDLAlZY4gVhJaGeqx2mH-wg29opNH6ucn5YpEtoBWIm2_H-rjSQy2hk