Lənkəran Peşə Liseyi və Lənkəran Mexanikləşdirmə Zavodu arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu haqda məlumat bu gün, 8 sentyabr Lənkəran Peşə Liseyinin rəsmi facebook səhifəsində yazılıb.
Əməkdaşlıq “Sənayedə quraşdırma işləri” ixtisası üzrə birgə kadr hazırlığını təşkil edilməsi, kadr ehtiyaclarının ödənilməsi üçün birgə fəaliyyətin göstərilməsi və birgə layihələrin hazırlanması nəzərdə tutulub.
Qeyd edək ki, Lənkəran Peşə Liseyində 2021/2022-ci tədris ilində yeni açılacaq “Sənayedə quraşdırma işləri” ixtisası üzrə kadr hazırlığına Lənkəran Mexanikləşdirmə Zavodunun ixtisaslı mütəxəssisləri cəlb olunacaqlar. Həmçinin, tədris müddətində yaxşı nəticə göstərən şagirdlər Mexanikləşdirmə Zavodunda işlə təmin olunacaqlar.