SON XƏBƏRLƏR

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov “Teknofest-2023 Beynəlxalq Pilotsuz Uçuş Aparatları” yarışmasında 111 komanda arasında birincilik əldə edən azərbaycanlı tələbələrdən ibarət “DroneX” komandasını təbrik edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 may tarixində Qafqazinfo-ya istinadən verir.

“Palmali Holding”in dəstək olduğu “DroneX” komandasına ünvanlanan təbrikdə deyilir:

““DroneX” komandasının “Teknofest-2023” festivalındakı qələbəsi yüksək zəkanın və illərlə çəkilən əziyyətin nəticəsidir. Budur Azərbaycan gəncliyi və budur bizim gələcəyimiz. Mən “DroneX” komandasının bütün üzvlərini qələbə münasibətilə təbrik edirəm. Amma bu, təbii ki, sonluq deyil, başlanğıcdır. “MÜBARİZ” PUA-sını və onun müəllifi olan gənc azərbaycanlı tələbələri yeni zirvələrə aparan başlanğıc. Bu yolda sizə uğurlar arzulayıram və hər zaman yanınızdayam. Hər kəs bilsin ki, biz ənənəmizə sadiqik və onu davam etdiririk. Gəmilərimizə şəhidlərimizin adlarını verərək, onları bütün dünyada tanıtmaqda davam etdiyimiz kimi, “POLAD” PUA-sından sonra “MÜBARİZ” PUA-sı da Azərbaycan xalqının qəhrəmanlarını tanıdacaq”.

Qeyd edək ki, “MÜBARİZ” Silahlı PUA süni intellektin köməyi ilə düşmənin İnsansız Hava Vasitələrini (İHV) aşkar edir, izləyir və məhv edir. Bunun üçün aparatın alt hissəsində 0,68 kalibr sursat məhsulu olan silah yerləşdirilib. Bundan başqa, PUA-nın tam avtonom rejimdə süni intellektlə işləyən izləmə və hədəfləmə sistemi, bilinən təhdidlərə dərhal müdaxilə, uzaq məsafəli görüntü transferi, kommunikasiya sistemi, gimballı avtomatik atış sistemi və operator tərəfindən idarə olunan çoxqatlı atəşləmə tədbiri kimi özünəməxsus xüsusiyyətləri var.

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.