Özünü qondarma Talış-Muğan Respublikasının lideri kimi təqdim edən Ələkrəm Hümmətov dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 dekabr tarixində verir.
Qeyd edək ki, Ələkrəm Ələkbər oğlu Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. 1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. Bu vəzifədə olarkən, 1993-cü ildə qondarma Talış-Muğan Respublikasını elan edib və separatçılıq fəaliyyətinə görə həbs edilib.
2004-cü ildə həbsdən azad edildikdən sonra o, Niderlandda yaşamağa başlayıb.