Masallı rayonunun Qəriblər kəndində baş verən intiharla bağlı yeni faktlar üzə çıxıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 yanvar tarixində Lent.az-a istinadən verir.
Belə ki, özünü öldürən 25 yaşlı Fuad Şirinov bir neçə ay əvvəl ailə həyatı qurubmuş. Lakin iki ay əvvəl həyat yoldaşı ondan ayrılaraq evdən gedib. Bundan sonra Fuad depressiyaya düşüb. İlkin məlumata görə, onun canına qəsd etməsinə də məhz bu səbəb olub.
Faktla bağlı araşdırma davam edir.