SON XƏBƏRLƏR

“Vətən müharibəsi” zamanı şəhadətə ucalan Lənkəran sakininin torpağa tapşırılmasından 1 il ötür. Bu haqda məlumat Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində paylaşılıb.

22 yaşlı Osakücə kənd sakini Fərəcov Əflatununun ildönümü mərasimi keçirilib. Mərasimdə şəhidin ailəsi, yaxınları və Lənkəran şəhər İcra hakimiyyətinin başçısı iştirak edib.

Taleh Qaraşov şəhid ailəsinin qayğıları ilə maraqlanıb. Mərasimin sonunda şəhidin məzarı ziyarət olunaraq xatirəsi anılıb.

Valideynlərini erkən yaşda itirən Fərəcov Əflatun ölümündən sonra “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

 

Lənkəran şəhər icra hakimiyyəti
Lənkəran şəhər icra hakimiyyəti
Lənkəran şəhər icra hakimiyyəti
Lənkəran şəhər icra hakimiyyəti