SON XƏBƏRLƏR

Ömürlük həbs olunan Astara rayon sakini 9 il sonra bəraət qazanaraq azadlığa buraxılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində Apa.az-a istinadən verir.

Belə ki, 2003-cü ildə Bakıda Aida Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanın dərmandan zəhərlənərək ölmələri barədə prokurorluğa məlumat daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 6 il davam edən istintaqın sonunda onların  dərmanı intihar məqsədilə içmədikləri açıqlanıb. Daha sonra, 4 il davam edən araşdırma zamanı Aydın Qəhrəmanov cinayəti törətməkdə şübhəli bilinərək 2013-cü ilin avqust ayında həbs edilib.

Onun qeyri-rəsmi nikahda yaşadığı Aidə Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanı “Finlepsin” və “Amirtiptilin” dərmanlarını içirdərək, Aidənin bacısı Nazilə Yəhyayevaya məxsus 4 otaqlı mənzili ələ keçirmək məqsədilə cinayəti törətdiyi bildirilib.

Lakin Aydın Qəhrəmanov məhkəmənin qərarı ilə razılaşmayaraq,  dəfələrlə məhkəmələrə müraciət edib, cinayət törətmədiyini bildirib. Məhkum şəxs sonuncu dəfə Ali Məhkəməyə verdiyi kassasiya şikayətində günahsız olaraq həbsdə olduğunu, zərərçəkmiş şəxslərin zəhərlənib ölmələrinə səbəb olan dərmanı müalicə məqsədilə onlara verdiyini qeyd edib.

Beləliklə, Bakı Apellyasiya Məhkəməsində araşdırma zamanı məhkum şəxs yenidən dindirilib, qətllə bağlı ekspertizalar təyin olunub,

bütün dəlil və sübutlar, ekspertiza rəyləri tədqiq edilərək məhkum şəxsin günahsız olduğu qənaətinə gəlinib.

Yekun qərara əsasən, Aydın Qəhrəmanova bəraət verilib. O, 9 il sonra 62 yaşında məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon