SON XƏBƏRLƏR

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili “Gənclərin hüquqi maarifləndirilməsi, insan hüquqları haqqında biliklərin artırılması” mövzusunda tədbir təşkil edib. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az Ombudsmana istinadən xəbər verir.

Tədbir zamanı gənclərə insan hüquqları haqqında biliklər verilib. Bundan başqa, Cəlilabad Rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad nümayəndəliyi ilə birgə “Erkən nikahlar insan hüquqlarının pozulmasıdır” mövzusunda hüquqi maarifləndirici tədbir təşkil olunub.

Ombudsmanın Cənub Regional mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışlarında ölkəmizdə insan hüquqları ilə bağlı islahatlardan danışıb, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində geniş fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Z.İsmayılov cəmiyyətin hər bir üzvünün erkən nikah hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işinə həssaslıqla yanaşmasının vacibliyini diqqətə çatdırıb.

Tədbirlər müzakirələrlə davam edib və yekunda gənclərin sualları cavablandırılıb.