Masallı rayonunun Böyuk Xocavar kəndində l Qarabağ müharibəsi şəhidi Məmmədov Bəyalı İlyas oğlunun 82 yaşlı anasına ev verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində Masallı Xəbərlərinə istinadən verir.
Belə ki, Mustafayeva Tahirə Rəşid qızına birmərtəbəli üç otaqdan ibarət ev Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən təqdim olunub. Təqdim olunan evin bütün mebel və məişət əşyaları ölkə başçısı tərəfindən hədiyyə olunub.
Masallı rayonunun Çaxırlı kəndində digər bir şəhid Gözəlov Ziya Zahid oğlunun bacısına cehizlik mebel və məişət əşyaları da ölkə başçısı İlham Əliyev tərəfindən hədiyyə olunub. Ziya Gözəlovun bacısının yaxın günlərdə toy məclisi keçiriləcək və o, ailə həyatı quracaq.
