SON XƏBƏRLƏR

Cəlilabad sakini Göytəpə şəhəri ərazisində edilən oğurluqda şübhəli bilinir. Bu haqda bu gün, 23 may tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 21-də Göytəpə şəhəri ərazisində rayon sakini T.Şamiyevin 245 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Göytəpə şəhər sakini R.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.